ABŞ Yaxın Şərqə daha bir strateji kəşfiyyat PUA-sını yerləşdirib

Dünya xəbərləri Materials 3 May 2026 07:40 (UTC +04:00)

Bakı. Trend:

ABŞ Hərbi Dəniz Qüvvələri İordaniyadakı Əl-Hüseyn Hava Bazasına daha bir "MQ-4C Triton" strateji kəşfiyyat pilotsuz uçluş aparatını yerləşdirib.

Trend-in məlumatına görə, bu barədə "Itamilradar" portalı xəbər verib.

Məlumata əsasən, uçuş aparatı İtaliyanın Siciliya adasındakı Siqonella Hava Bazasından gəlib. Bu, orada daimi olaraq yerləşdirilən sonuncu pilotsuz uçuş aparatı olub. Hazırda İordaniyada ABŞ Hərbi Dəniz Qüvvələrinin ən azı üç strateji kəşfiyyat pilotsuz uçuş aparatı yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti