Dipkorpus nümayəndələrinin Şərqi Zəngəzur və Qarabağ səfəri davam edir

Cəmiyyət Materials 2 May 2026 09:08 (UTC +04:00)
Dipkorpus nümayəndələrinin Şərqi Zəngəzur və Qarabağ səfəri davam edir
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Şuşa.Trend:

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Şərqi Zəngəzur və Qarabağa səfəri davam edir.

Trend xəbər verir ki, səfərdə ümumilikdə 62 ölkə və beynəlxalq təşkilatı təmsil edən 150-dən çox səfir, diplomat, hərbi attaşe və digər nümayəndələr iştirak edirlər.

İki gün davam edəcək səfər Xankəndi şəhərini, həmçinin Xocalı, Şuşa və Laçın rayonlarını əhatə edir.

Səfər zamanı iştirakçılar regionda aparılan yenidənqurma və bərpa işləri ilə yerindəcə tanış olmaq, habelə sosial və iqtisadi əhəmiyyətli obyektləri ziyarət etmək imkanı əldə edəcəklər.

Qeyd edək ki, bir gün əvvəl qonaqlar Xocalı soyqırımı memorialını, Xankəndidə Zəfər parkını, Qarabağ Universitetini, ali təhsil müəssisəsinin nəzdində fəaliyyət göstərən sərgi mərkəzini, həmçinin tibb və tibb elmləri fakültəsinin klinikasını və tədris korpusunu ziyarət ediblər.

Şuşada diplomatik korpusun nümayəndələri Dövlət xidmətləri mərkəzinin fəaliyyəti ilə tanış olub və şəhərin qala divarlarını ziyarət ediblər.

İki gün davam edəcək səfər Xankəndi şəhərini, həmçinin Xocalı, Şuşa və Laçın rayonlarını əhatə edir.

Səfər zamanı iştirakçılar regionda aparılan yenidənqurma və bərpa işləri ilə yerindəcə tanış olmaq, habelə sosial və iqtisadi əhəmiyyətli obyektləri ziyarət etmək imkanı əldə edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti