AÇG-dən səmt qazının təchizatı artıb

Energetika Materials 1 May 2026 17:12 (UTC +04:00)
AÇG-dən səmt qazının təchizatı artıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin birinci rübündə Azərbaycanın “Azəri–Çıraq–Günəşli” (AÇG) yatağından dövlətə səmt qazı tədarükü gündə təxminən 12 milyon kubmetr (ümumilikdə təxminən 1 milyard kubmetr) təşkil edib.

Trend bu barədə bp şirkətinə istinadən məlumat verir.

Səmt qazı AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə təhvil verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.

Müqayisə üçün, 2025-ci ilin birinci rübündə təchizat günə 11 milyon kubmetr təşkil edirdi. Beləliklə, illik ifadədə bu göstərici 9 faiz artıb.

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

AÇG-də iştirak payları aşağdakı kimidir:

bp (operator- 30,37%), SOCAR (35,30%), MOL (9,57%), INPEX (9,31%), ExxonMobil (6,79%), TPAO (5,73%), ONGC Videsh (2,92%).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti