Rəsmi Praqa Fitsonun təyyarəsinin Çexiya üzərindən keçməsinə icazə verdi

Dünya xəbərləri Materials 2 May 2026 10:25 (UTC +04:00)
Rəsmi Praqa Fitsonun təyyarəsinin Çexiya üzərindən keçməsinə icazə verdi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çexiya 9 may Qələbə günü ilə bağlı tədbirlərdə iştirak etmək üçün Moskvaya uçan Slovakiya Baş naziri Robert Fitsonun olduğu təyyarənin öz hava məkanından keçidinə icazə verib.

Trend xəbər verir ki, bu barədə Çexiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Adam Çörgö bildirib.

“Slovakiya tərəfi uçuş icazəsinin alınması üçün standard sorğu göndərib və icazə gecikdirilmədən verilib”,-deyə o bildirib.

Fitso 9 may tarixində Rusiyaya səfər etmək niyyətini aprelin əvvəlində açıqlamışdı. Estoniya, Latviya və Litva isə ötən il olduğu kimi bu il də Fitsonun təyyarəsinin öz hava məkanlarından keçməsinə icazə verməyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti