Bakı. Trend:
Futbol üzrə Portuqaliya çempionatında 2025/2026-cı illər mövsümünün qalibi bəlli olub.
Trend-in məlumatına görə, “Portu” vaxtından əvvəl çempionluğunu elan edib.
Portu şəhərinin eyniadlı təmsilçisi bu uğura XXXII turun “Alverka” ilə oyununda imza atıb. Yan Bednarekin 40-cı dəqiqədə vurduğu yeganə qolla rəqibini 1:0 hesabı ilə məğlub edən komanda mövsümün baş çatmasına 2 tur qalmış qızıl medalları təmin edib.
Hazırda 85 xalla turnir cədvəlinə başçılıq edən “Portu” ən yaxın izləyicisi “Benfika”nı 9 xal qabaqlayır ki, son 2 turda bu fərqin aradan qalxması mümkün deyil.
Beləliklə, “Portu” tarixində 31-ci dəfə Portuqaliya çempionu olub.