Bakı. Trend:
ABŞ administrasiyası bir neçə Avropa ölkəsini silah tədarükünün gecikəcəyi ilə bağlı məlumatlandırıb.
Trend bu barədə xarici mediaya istinadən xəbər verir.
"Vaşinqton Britaniya, Polşa, Litva və Estoniya da daxil olmaqla Avropadakı müttəfiqlərinə İrana qarşı müharibə nəticəsində tükənmiş ehtiyatları bərpa etməkdə çətinlik çəkdiyi üçün silah tədarükündə uzun gecikmələr olacağını bildirib. ", - deyə məlumatda bildirilir.
Bununla yanaşı, iddia edilir ki, ABŞ Asiya ölkələrinə silah çatdırılmasını təxirə salmağa məcburdur.
Xüsusilə, gecikmələr HIMARS və NASAMS raket sistemlərinin sursatları ilə bağlıdır.
Pentaqon planlardakı dəyişikliyin təfərrüatları ilə bağlı şərh verməkdən imtina edib.
