Bakı. Trend:
2026-cı ilin birinci rübündə Bakı–Tbilisi–Ceyhan (BTC) neft kəməri vasitəsilə təxminən 49 milyon barrel neft (təxminən 6 milyon ton) ixrac edilib.
Bu barədə Trend bp şirkətinə istinadən məlumat verir.
Müqayisə üçün, 2025-ci ilin birinci rübündə nəql həcmi təxminən 54 milyon barrel təşkil edib ki, bu da illik ifadədə 9,26% azalma anlamına gəlir.
1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2026-cı ilin birinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 626 milyon ton (4,7 milyard bareldən çox) xam neft nəql edilib və Ceyhanda 6210 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
Hazırda BTC əsasən “Azəri–Çıraq–Günəşli” (AÇG) yatağından nefti və “Şahdəniz” yatağından kondensatı nəql edir. Bundan əlavə, Xəzər regionunun digər mənbələrindən, o cümlədən Qazaxıstan, Türkmənistan və Azərbaycanda SOCAR tərəfindən hasil edilən əlavə neft və kondensat həcmlərinin nəqli də davam edir.
“BTC Co.”nun səhmdarları bp (30,10%), SOCAR (32,97%), MOL Group (8,90%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), ITOCHU (3,40%), ONGC Videsh (3,10%), ExxonMobil (2,50%) və INPEX (2,50%) təşkil
