Bakı. Trend:
Bu ilin aprelin 1-nə Azərbaycan banklarının kənd təsərrüfatı sektoru üzrə biznes kredit portfeli 2,064 milyard manat təşkil edib.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata əsasən, sözügedən sahə üzrə kredit portfeli aylıq müqayisədə 7 milyon manat və ya 0,3% azalıb, ötən ilin eyni dövrünə nisbətən isə 277,7 milyon manat 15,5% artıb.
Belə ki, kənd təsərrüfatı sektoru üzrə banklar tərəfindən verilmiş biznes kreditlərin məbləği 2026-cı ilin martın 1-nə 2,071 miyard manat, ötən ilin aprelin 1-nə isə 1,786 milyard manat təşkil etmişdi.
Qeyd edək ki, 2026-cı ilin aprelin 1-nə Azərbaycanda bankların kredit portfeli 30,290 milyard manat olub.
Kredit portfelinin strukturunda biznes kreditlәri 53,5% (16,215 milyard manat), istehlak kreditlәri 31,3% (9,491 milyard manat) vә ipoteka kreditlәri 15,2% (4,585 milyard manat) təşkil edib.
