Niderlandda vəliəhd şahzadəyə sui-qəsd planında şübhəli bilinən şəxs saxlanılıb

Dünya xəbərləri Materials 1 May 2026 07:12 (UTC +04:00)
Niderlandda vəliəhd şahzadəyə sui-qəsd planında şübhəli bilinən şəxs saxlanılıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Niderland hüquq-mühafizə orqanları vəliəhd şahzadə Amaliya və onun bacısı şahzadə Aleksiyaya sui-qəsd planında şübhəli bilinən şəxsi saxlayıb.

Trend-in məlumatına görə, bu barədə "Algemeen Dagblad" qəzeti prokurorluğa istinadən xəbər verib.

Məlumata əsasən, şübhəli şəxs 33 yaşlı Haaqa sakinidir. Müstəntiqlərin sözlərinə görə, o, sui-qəsd cəhdini fevral ayında planlaşdırmağa başlayıb.

Axtarış zamanı saxlanılan şəxsin üzərində şahzadələrin adları və faşist salamları həkk olunmuş iki balta, eləcə də monarxın qızlarından bəhs edən və "qanlı qırğın" törətmək niyyəti olan qeydlər olan bir vərəq tapılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti