Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəmiyyət Materials 30 Aprel 2026 20:05 (UTC +04:00)
Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Vətəndaşların daha rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə həftəsonu təmir işlərinin davam etdirilməsi nəzərdə tutulur.

Trend bildirir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bununla əlaqədar olaraq aşağıda adları qeyd olunan ərazilərdə hərəkət qismən və ya tam məhdudlaşdırılacaq:

Səməd Vurğun küçəsi (A.A.Bakıxanov-M.Mirqasımov küçəsi arası)
Rəşid Behbudov küçəsi (S.Rəhimov-S.Zeynalov küçəsi arası)
Vaqif prospekti (C.Hacıbəyli-S.Vurğun küçəsi arası)

Tarix və vaxt:

01 may saat 23:00-dan 04 may saat 07:00-dək - hərəkət aparılacaq işlərdən asılı olaraq qismən və ya tam məhdudlaşdırılacaq.

Xarici Dairəvi yolda (“20 Yanvar” istiqaməti)

01–03 may tarixlərində, hər gün saat 07:00–23:00-dək qismən məhdudiyyət

01–04 may tarixlərində, hər gecə saat 23:00–07:00 arası tam məhdudiyyət.

Xarici Dairəvi yolda tam məhdudiyyət tətbiq edildiyi müddətdə hərəkət Salyan şosesi (Bibiheybət məscidi istiqaməti) üzrə təmin ediləcək.

Xəbər lenti

Xəbər lenti