Gürcüstan 100-dən çox əcnəbini deportasiya edib

Dünya xəbərləri Materials 30 Aprel 2026 14:47 (UTC +04:00)
Gürcüstan 100-dən çox əcnəbini deportasiya edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaları son bir neçə gün ərzində 103 xarici vətəndaşı ölkədə deportasiya edib.

Trend xəbər verir ki, bu barədə Gürcüstan DİN-in yaydığı məlumatda bildirilir.

Qeyd olunub ki, Gürcüstandan xaric edilən əcnəbilər Banqladeş, Belarus, Hindistan, İraq, İordaniya, Yəmən, Keniya, Çin, Nigeriya, Nepal, Pakistan, Rusiya, Sudan, Tailand, Türkmənistan, Özbəkistan, Filippin, Efiopiya və digər ölkələrin vətəndaşları olublar.

Deportasiya olunmuş şəxslərin Gürcüstan ərazisinə geri dönüşü qadağan edilib.

Gürcüstanda qanunsuz miqrantlara qarşı aktiv mübarizə aparılır. Ölkə parlamenti miqrasiya qanunvericiliyini sərtləşdirərək deportasiya prosedurlarını, həmçinin miqrantların yoxlanılması qaydalarını sadələşdirib. Gürcüstan Daxili İşlər Nazirliyi hər ay qayda pozuntularına görə onlarla xarici vətəndaşın ölkədən çıxarıldığını bildirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti