Bakı. Trend:
Akapulkoda keçirilən "Tianguis Turístico México 2026" sərgisi çərçivəsində keçirilən görüşdə Azərbaycan və Meksika arasında turizm sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
Trend-in Meksikanın Azərbaycandakı səfirliyinə istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycan nümayəndə heyətinə Turizm Bürosunun icraçı direktoru və Azərbaycan Dövlət Turizm Agentliyi sədrinin Turizm Məsələləri üzrə müşaviri Florian Zenqstşmit rəhbərlik edib.
Meksika tərəfini Meksika Turizm Nazirliyinin İnnovasiya, Davamlı İnkişaf və Turizmdə Peşəkarlıq Departamentinin müdiri Miqel Aqinya Rodrigez (Miguel Aguiñiga Rodríguez) təmsil edib
Görüşdə tərəflər turizm sektorunda əməkdaşlıq strategiyaları barədə fikir mübadiləsi aparıb və bu sahədə ikitərəfli əməkdaşlığın gücləndirilməsi imkanlarını müzakirə ediblər.
Danışıqlar 27-30 aprel tarixlərində Akapulkoda keçirilən ən böyük illik B2B turizm sərgisi olan 50-ci "Tianguis Turístico México" çərçivəsində baş tutub.
