ABDF azad edilmiş ərazilərdə sahibkarlara verilən güzəştli kreditlərin ümumi məbləğini açıqlayıb

İqtisadiyyat Materials 30 Aprel 2026 10:30 (UTC +04:00)
ABDF azad edilmiş ərazilərdə sahibkarlara verilən güzəştli kreditlərin ümumi məbləğini açıqlayıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan Biznesinin İnkişafı Fondu" ASC (ABDF) tərəfindən indiyədək Azərbaycanın azad edilmiş ərazilərində ümumilikdə 28 layihə üzrə sahibkarlara 45,8 milyon manat həcmində güzəştli kredit təqdim edilib.

Trend bu barədə fonda istinadən xəbər verir.

Bildirilib ki, fond tərəfindən təqdim olunan maliyyə mexanizmləri işğaldan azad edilmiş ərazilərdə iqtisadi fəallığın artırılmasına, yeni iş yerlərinin yaradılmasına və regionun dayanıqlı inkişafına mühüm töhfə verməklə yanaşı, sahibkarlığın genişlənməsi üçün uzunmüddətli maliyyə əlçatanlığının formalaşdırılmasına xidmət edir. Vurğulanıb ki, bu yanaşma həm biznes təşəbbüslərinin reallaşdırılmasını sürətləndirir, həm də regionun iqtisadi potensialının daha səmərəli şəkildə səfərbər olunmasına şərait yaradır.

“Fond tərəfindən sahibkarlığın dəstəklənməsinə yönəlmiş güzəştli kredit mexanizmi işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən biznes subyektlərinin daha əlverişli şərtlərlə maliyyə resurslarına çıxışını təmin edir. Bu kreditlər aşağı faiz dərəcələri, uzunmüddətli qaytarılma qrafiki və güzəşt müddətləri ilə seçilərək sahibkarların maliyyə yükünü əhəmiyyətli dərəcədə azaldır və bizneslərin davamlı inkişafını stimullaşdırır”, - məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti