Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Azərbaycandan 68,3 milyon ABŞ dolları dəyərində meşə fındığı ixrac edilib.
Trend bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı il üçün aprel sayına istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,3 milyon ABŞ dolları və 58,8% çoxdur.
Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,7% artaraq 862 milyon ABŞ dolları təşkil edib. Bu dövrdə yeyinti məhsulları üzrə ixrac 25,1% artaraq 281 milyon ABŞ dollarına bərabər olub.
