SOCAR İdarəsinin yanvar-mart ayları ərzində əldə etdiyi ixrac gəlirləri məlum oldu

Energetika Materials 30 Aprel 2026 17:18 (UTC +04:00)
SOCAR İdarəsinin yanvar-mart ayları ərzində əldə etdiyi ixrac gəlirləri məlum oldu
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-mart aylarında Azərbaycan Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 35,3 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatları həyata keçirib.

Bu barədə Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı”nın aprel sayına istinadən xəbər verir.

Məlumata görə, bu göstərici ötən ilin yanvar-mart ayının göstəriciləri ilə müqayisədə 69,7 milyon dollar və ya 3 dəfə azdır.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına "SOCAR POLYMER" MMC başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar:

"AzerGold" QSC, "Azəralüminium" MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Marketinq və İqtisadi Əməliyyatlar" İdarəsi, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, Azərbaycan Respublikasi Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, "Azərenerji" ATSC, "Socar Cape" MMC, "Naxçıvan Enerji" MMC.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti