Ermənistan və Azərbaycan iş adamları birbaşa əməkdaşlıq edə biləcək - Paşinyan

Siyasət Materials 30 Aprel 2026 17:44 (UTC +04:00)
Ermənistan və Azərbaycan iş adamları birbaşa əməkdaşlıq edə biləcək - Paşinyan
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Əvvəllər Ermənistan və Azərbaycandan olan iş adamları məhsul siyahılarını hər iki ölkənin hökumətləri vasitəsilə mübadilə edirdilərsə, artıq buna ehtiyac yoxdur.

Trend xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 30-da jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

Ermənistan hökumət başçısı qeyd edib ki, bundan sonra Ermənistan və Azərbaycandan olan iş adamları bir-birilə birbaşa işləyə bilərlər.

Paşinyan əlavə edib ki, Ermənistan və Azərbaycanın bir-birinə tədarük etdiyi məhsul çeşidi genişlənə bilər.

Onun sözlərinə görə, hazırda bu məsələ ilə bağlı dəqiq razılaşma yoxdur.

O, həmçinin vurğulayıb ki, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə görüşən erməni iş adamlarının adlarını açıqlamayacaq. Paşinyan bildirib ki, həmin iş adamlarının müəyyən dairələrin hücumlarına məruz qalmasını istəmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti