Bakı. Trend:
ABŞ administrasiyası yaxın vaxtlarda naməlum uçan obyektlər (NUO) barədə çox maraqlı detallar da daxil olmaqla, böyük həcmdə məlumatları ictimaiyyətə təqdim etməyi planlaşdırır.
Trend xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp açıqlayıb.
"Düşünürəm ki, yaxın zamanda mümkün qədər çox məlumatı paylaşacağıq. Əlimizdə olan materialların böyük hissəsini açıqlayacağıq. Hesab edirəm ki, bunların bəzisi insanlar üçün olduqca maraqlı olacaq", - deyə o vurğulayıb.