Xocalı və Ağdarəyə növbəti köç olub (FOTO) (YENİLƏNİB)

Cəmiyyət Materials 29 Aprel 2026 15:00 (UTC +04:00)
Xocalı və Ağdarəyə növbəti köç olub (FOTO) (YENİLƏNİB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 29-da Xocalı rayonunun 6, Ağdərənin isə 1 kəndinə növbəti köç oldu.

Bu barədə Trend-ə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumat verilib.

Köç prosesi çərçivəsində Xocalı rayonunun Xanabad kəndinə 46 nəfərdən ibarət 10 ailə, Badara kəndinə 59 nəfərdən ibarət 16 ailə, Xanyurdu kəndinə 25 nəfər (4 ailə), Seyidbəyli kəndinə 3 nəfər (1 ailə), Şuşakəndə 5 nəfər (1 ailə), Təzəbinə kəndinə 15 nəfər (3 ailə), Ağdərə rayonunun Aşağı Oratağ kəndinə isə 22 nəfərdən ibarət 6 ailə qayıdıb. Ümumilikdə 175 nəfərdən ibarət 41 ailəyə Xocalıda yeni mənzillərinin açarları təqdim olunub.

Tədbirdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin direktor müavini Mahmud Əfəndiyev iştirak edib. S. Qəhrəmanov çıxışında sakinləri doğma torpaqlara qayıdış münasibətilə təbrik edərək, bölgədə aparılan genişmiqyaslı quruculuq, abadlıq və bərpa işləri barədə məlumat verib. Köçürülən sakinlər üçün bütün zəruri sosial infrastrukturun yaradıldığını, onların rahat yaşayışı üçün şəraitin təmin edildiyini bildirib.

xxx
12:41

Xocalıya növbəti köç karvanı yola salınıb

Trend xəbər verir ki, aprelin 29-da növbəti köç karvanı Ağdamdan Xocalı rayonunun Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə yola salınıb.

Köçürülənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşan ailələrdir.

Bu mərhələdə Badara kəndinə 16 ailə - 59 nəfər, Xanabad kəndinə 10 ailə - 46 nəfər, Təzəbinə kəndinə 3 ailə - 15 nəfər, Xanyurdu kəndinə isə 4 ailə - 25 nəfər köçürülür.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti