Qəbul imtahanı üçün qeydiyyat bu gün bitir - Neçə nəfər qeydiyyatdan keçib?

Cəmiyyət Materials 29 Aprel 2026 10:01 (UTC +04:00)
Qəbul imtahanı üçün qeydiyyat bu gün bitir - Neçə nəfər qeydiyyatdan keçib?
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Qəbul imtahanının birinci cəhdi üçün qeydiyyat müddəti bu gün saat 23:59-da başa çatır.

Trend Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, hazırkı məlumata əsasən ümumilikdə 131 357 abituriyent qeydiyyatdan keçib. Bunlardan 121 911 nəfər Azərbaycan, 10 139 nəfər isə rus bölməsi üzrə qeydiyyatını tamamlayıb.

I ixtisas qrupu üzrə 32 992, II ixtisas qrupu üzrə 27 452, III ixtisas qrupu üzrə 27 589, IV istisas qrupu üzrə 6406 olmaqla ərizə təsdiqlənib.

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər 29 aprel saat 23:59-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (https://eservices.dim.gov.az/erizebak/cehd1/) daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməlidirlər.İmtahanda yalnız göstərilən tarixədək qeydiyyatdan keçmiş abituriyentlər iştirak edə bilərlər.

Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın 24-də, I və IV qruplar üzrə isə iyunun 7-də keçiriləcək. III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupunu seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan iyunun 7-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti