Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 30,1 milyon manat kredit verilib.
Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 94,9 milyon manat və ya 4,1 dəfə azdır.
Hesabat dövründə fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 75,8 milyon manat olub ki, bu da 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 4,4 milyon manat və ya 6,2% çoxdur.
Bundan başqa, hesabat dövründə İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 100 milyon manat və ya 2 dəfə azalaraq 100 milyon manat təşkil edib.
Eyni zamanda fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə azalaraq 21,3 milyon manat səviyyəsində müəyyənləşib.
