Gömrük nəzarətində yeni yoxlama mexanizmi tətbiq ediləcək

Cəmiyyət Materials 29 Aprel 2026 14:09 (UTC +04:00)
Gömrük nəzarətində yeni yoxlama mexanizmi tətbiq ediləcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Gömrükdə köməkçi vasitələrdən istifadə etməklə şəxslərin ilkin yoxlanılması qaydalarında dəyişiklik ediləcək.

Trend-in məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, köməkçi vasitələrdən istifadə etməklə şəxslərin və onlara məxsus baqajın ilkin yoxlanılması həyata keçiriləcək.

Gömrük orqanlarının vəzifəli şəxsləri nəqliyyat vasitəsində olan şəxslərin üzərində və onlara məxsus baqajda ilkin yoxlama keçirmək hüququna malikdirlər.

İlkin yoxlama xidməti itlər, rentgen aparatı, surətçıxaran avadanlıq, mexaniki, elektrik, elektron cihazlar və digər vasitələrdən istifadə edilməklə aparılacaq.

Xəbər lenti

Xəbər lenti