Azərbaycanda əmlak sığortası bazarı 25%-ə yaxın böyüyüb

İqtisadiyyat Materials 28 Aprel 2026 20:39 (UTC +04:00)
Azərbaycanda əmlak sığortası bazarı 25%-ə yaxın böyüyüb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycanda əmlak sığortası hesabına 65,901 milyon manat sığorta haqqı toplanılıb.

Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,1 milyon manat və ya 24,9% çoxdur.

Hesabat dövründə əmlak sığortası növləri üzrə ödənişlər isə 1,061 milyon manat və yaxud 12,5% artaraq 9,570 milyon manata çatıb.

Beləliklə, bu ilin yanvar-mart aylarında əmlak sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 14,5 manatı müştərilərə geri ödənilib.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri vasitəsilə 417,753 milyon manat məbləğində sığorta haqqı toplanıb. Məlumata görə, bu, ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 18,7 milyon manat və ya 4,7% çoxdur.

Hesabat dövründə sığorta ödənişlərinin həcmi isə 218,456 milyon manat təşkil edib. Məlumata əsasən, bu, ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 54,4 milyon manat və ya 33,2% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti