Birləşmiş Ərəb Əmirlikləri OPEK və OPEK+dan çıxır (YENİLƏNİB)

Dünya xəbərləri Materials 28 Aprel 2026 17:43 (UTC +04:00)
Birləşmiş Ərəb Əmirlikləri OPEK və OPEK+dan çıxır (YENİLƏNİB)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirlikləri OPEC və OPEC+ təşkilatlarından çıxması ilə bağlı digər üzv dövlətlər, o cümlədən Səudiyyə Ərəbistanı ilə birbaşa məsləhətləşmələr aparmayıb.

Trend xəbər verir ki, bunu BƏƏ energetika naziri Süheyl əl-Məzrui “Reuters”ə verdiyi açıqlamada deyib.

Onun sözlərinə görə, OPEC və OPEC+ təşkilatlarından çıxmaq Birləşmiş Ərəb Əmirliklərinə çeviklik qazandırır, belə ki, ölkənin bu qurumlar qarşısında artıq heç bir öhdəliyi qalmır.

BƏƏ-nin Səudiyyə Ərəbistanı ilə məsləhətləşib-məsləhətləşmədiyi ilə bağlı “Reuters”in sualına cavab olaraq, o deyib ki, bu məsələ heç bir başqa ölkə ilə müzakirə edilməyib.

“Bu, siyasət qərarıdır və istehsal səviyyəsi ilə bağlı mövcud və gələcək siyasətlərin diqqətlə nəzərdən keçirilməsindən sonra qəbul edilib,” – deyə energetika naziri vurğulayıb.

xxx
16:51

Birləşmiş Ərəb Əmirlikləri çərşənbə axşamı (28 aprel) OPEK və OPEK+-dən çıxdığını elan edib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, BƏƏ 1 may 2026-cı il tarixindən etibarən OPEC və OPEC+ sıralarını tərk edəcək.

Qeyd olunur ki, bu qərar BƏƏ-nin hasilat siyasətinin, həmçinin mövcud və gələcək istehsal güclərinin hərtərəfli təhlilindən sonra qəbul edilib və milli maraqlara, eləcə də bazarın aktual tələbatlarının qarşılanmasına səmərəli töhfə vermək istəyinə əsaslanır.

Qərar, İran müharibə zamanı Tehranın hücumlarına qarşı yetərli müdafiənin təmin olunmamasına görə BƏƏ-nin ərəb dövlətlərini tənqid etməsindən sonra verilib. BƏƏ prezidentinin diplomatik müşaviri Ənvər Qarqaş bazar ertəsi Fars körfəzi ölkələrinin nüfuzlu şəxslərinin forumunda çıxışı zamanı bu məsələni qaldırmışdı

Məqalədə:
Xəbər lenti

Xəbər lenti