“Vahid elektron arxiv” informasiya sistemi haqqında Əsasnamə” təsdiqlənib

Cəmiyyət Materials 28 Aprel 2026 14:57 (UTC +04:00)
“Vahid elektron arxiv” informasiya sistemi haqqında Əsasnamə” təsdiqlənib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“Vahid elektron arxiv” informasiya sistemi haqqında "Əsasnamə” təsdiq edilib.

Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, Milli Arxiv İdarəsi “Vahid elektron arxiv” informasiya sisteminin aparılması, fəaliyyətinin təşkili, saxlanılması, ondan səmərəli istifadənin təmin edilməsi və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görməlidir.

Milli Arxiv İdarəsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə Sistemin “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti