Əqli mülkiyyət hüququ olan mal reyestrdən çıxarıldıqda gömrük pulu geri qaytarılmayacaq

İqtisadiyyat Materials 28 Aprel 2026 18:42 (UTC +04:00)
Əqli mülkiyyət hüququ olan mal reyestrdən çıxarıldıqda gömrük pulu geri qaytarılmayacaq
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Müvafiq icra hakimiyyəti orqanı tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan mallara dair reyestrə daxil edilməsi üçün təqdim edilmiş məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə digər səlahiyyətli dövlət orqanları (qurumları) ilə məlumat mübadiləsini həyata keçirəcək.

Trend-in məlumatına görə, bu, Milli Məclisin mayın 1-də keçiriləcək plenar iclasının gündəliyində yer alan Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Dəyişikliyə əsasən, əqli mülkiyyət hüquqlarının qorunması və tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan mallara dair məlumatların reyestrə daxil edilməsi, həmçinin əqli mülkiyyət hüquqlarının qorunması müddətinin uzadılması barədə müraciət edilərkən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə gömrük yığımı ödəniləcək.

Eyni zamanda, tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan mallara dair məlumatlar reyestrdən çıxarılarkən ödənilmiş gömrük yığımı qaytarılmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti