Azərbaycanda sənaye parklarının qeyri-rezidentlərinin reyestri aparılacaq

Cəmiyyət Materials 28 Aprel 2026 16:16 (UTC +04:00)
Azərbaycanda sənaye parklarının qeyri-rezidentlərinin reyestri aparılacaq
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda sənaye parklarının qeyri-rezidentlərinin reyestri aparılacaq.

Trend-in əldə etdiyi məlumata görə, bununla bağlı yeni qərar aprelin 24-dən qüvvəyə minib.

Qərara əsasən, reyestr aşağıdakılardan ibarət olacaq:

  • sənaye parkları barədə məlumatlar;
  • rezident və qeyri-rezident olan hüquqi və fiziki şəxslər barədə məlumatlar;
  • sənaye parkının və onun rezidentinin qeydiyyatı və ləğvi barədə məlumatlar;
  • reyestrə daxil edilmiş məlumatlarda dəyişikliklər;
  • sənaye parkı və onun rezidenti kimi qeydiyyata alınmaq üçün təqdim edilmiş sənədlər.

Reyestrə sənaye parkı barədə aşağıdakı məlumatlar daxil ediləcək:

  • yaradılması barədə aktın tarixi, nömrəsi və növü;
  • adı, yaradılmasının məqsədi, fəaliyyət profili və müddəti;
  • ərazisinin ölçüsü və yerləşdiyi inzibati ərazi vahidi;
  • məlumatların reyestrdə qeydiyyat tarixi və nömrəsi;
  • reyestrə daxil edilmiş məlumatlarda dəyişikliklər barədə qeyd.

Reyestrə rezident və qeyri-rezident barədə aşağıdakı məlumatlar daxil ediləcək:

  • hüquqi şəxs olan rezidentin və qeyri-rezidentin tam adı və təşkilati-hüquqi forması;
  • fiziki şəxs olan rezidentin və qeyri-rezidentin soyadı, adı və atasının adı;
  • rezidentin və qeyri-rezidentin hüquqi (fəaliyyət) ünvanı;
  • vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;
  • hüquqi şəxs olan rezidentin və qeyri-rezidentin hər bir təsisçisinin (iştirakçısının):
    - tam adı (hüquqi şəxsdirsə);
    - soyadı, adı və atasının adı (fiziki şəxsdirsə);
    - hüquqi ünvanı/yaşayış yeri;
    - dövlət qeydiyyatı haqqında məlumatlar;
  • hüquqi şəxs olan rezidentin və qeyri-rezidentin səlahiyyətli nümayəndəsinin (təmsilçisinin) soyadı, adı, atasının adı və ünvanı;
  • rezidentin sənaye parkında qeydiyyata alınması və qeydiyyatının ləğvi haqqında qərarın tarixi və nömrəsi;
  • qeyri-rezidentin sənaye parkında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilənin imzalanması və ona xitam verilməsi tarixi.

Sənaye parkının yaradılması barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən qərar qəbul edildikdən sonrakı 10 iş günündən gec olmayaraq bu barədə məlumatlar reyestrə daxil ediləcək.

İdarəedici təşkilat hüquqi və fiziki şəxsin sənaye parkının rezidenti kimi qeydiyyata alınması və ya qeydiyyatının ləğvi haqqında qərar qəbul etdikdən habelə qeyri-rezidentlər ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilə bağlandıqdan və ya həmin müqavilə ləğv edildikdən sonra 5 iş günündən gec olmayaraq reyestrə məlumatları daxil edəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti