WUF13-ün rəsmi informasiya resursları təqdim olunub

Cəmiyyət Materials 28 Aprel 2026 15:31 (UTC +04:00)
WUF13-ün rəsmi informasiya resursları təqdim olunub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ərəfəsində Təşkilat Komitəsi tədbir iştirakçılarını və qonaqları aktual məlumatları əldə etmək üçün rəsmi informasiya resurslarını izləməyə çağırır.

Trend xəbər verir ki, foruma hazırlıqlar, forumdakı tədbirlərin proqramı və mühüm yeniliklər barədə məlumatlar operativ şəkildə https://wuf13.az rəsmi saytında yerləşdirilir.

İştirakçıların və ictimaiyyət nümayəndələrinin rahatlığı üçün WUF13 sosial şəbəkələrdə də aktiv fəaliyyət göstərir. Forumun hazırlanması prosesi ilə bağlı xəbərləri, foto və video hesabatları, eləcə də operativ bildirişləri WUF13-ün aşağıdakı sosial şəbəkələrdəki rəsmi səhifələrinə abunə olmaqla əldə etmək mümkündür:

Təşkilatçılar forumda iştirakla bağlı zəruri məlumatların vaxtlı-vaxtında əldə olunması üçün iştirakçılara qeyd olunan platformaları mütəmadi izləməyi tövsiyə edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti