Gömrük Komitəsində yeni idarənin fəaliyyəti rəsmiləşdirildi

Cəmiyyət Materials 27 Aprel 2026 21:00 (UTC +04:00)
Gömrük Komitəsində yeni idarənin fəaliyyəti rəsmiləşdirildi
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Gömrük Komitəsinin Azad və Xüsusi İqtisadi Zonalar üzrə Gömrük İdarəsi haqqında Əsasnamə təsdiqlənib.

Trend-in əldə etdiyi məlumata görə, Əsasnaməda Azad və Xüsusi İqtisadi Zonalar üzrə Gömrük İdarəsi Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan ixtisaslaşdırılmış gömrük idarəsi kimi göstərilib.

İdarə qanunvericiliyə uyğun olaraq istifadəsində olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

İdarə fəaliyyətini Komitə Aparatının struktur bölmələri, Komitənin strukturuna daxil olan gömrük orqanları və tabeliyində olan digər qurumlar, habelə hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə həyata keçirəcək.

İdarənin fəaliyyət istiqamətləri aşağıdakılar olacaq:

  • gömrük işi sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək;
  • azad və xüsusi iqtisadi zonalarda gömrük nəzarətini və gömrük rəsmiləşdirilməsini həyata keçirmək;
  • gömrük işi sahəsində hüquq-mühafizə fəaliyyətini həyata keçirmək;
  • qanunvericiliyə uyğun olaraq gömrük ödənişlərinin alınmasını təmin etmək;
  • qanunvericiliklə müəyyən edilmiş digər fəaliyyət istiqamətlərini həyata keçirmək.
Məqalədə:
Xəbər lenti

Xəbər lenti