Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Azərbaycana 584,7 milyon ABŞ dolları dəyərində yüksək texnologiyalar məhsulları idxal edilib.
Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 298 milyon ABŞ dolları və ya 2 dəfə çoxdur.
Hesabat dövründə sözügedən məhsulların idxalda xüsusi çəkisi 14,60% təşkil edib.
Eyni zamanda, 2026-cı ilin ilin yanvar-mart aylarında Azərbaycandan 9,6 milyon ABŞ dolları dəyərində yüksək texnologiyalar məhsulları ixrac edilib ki, bu da ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 4,5 milyon ABŞ dolları və ya 32,1% azdır.
Hesabat dövründə sözügedən məhsulların ixracda xüsusi çəkisi 0,18% təşkil edib.
