Azərbaycan ilə Çexiya sənaye və investisiya əməkdaşlığı üzrə yeni memorandumlar imzalayıblar

İqtisadiyyat Materials 27 Aprel 2026 17:37 (UTC +04:00)
Azərbaycan ilə Çexiya sənaye və investisiya əməkdaşlığı üzrə yeni memorandumlar imzalayıblar
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Frýdlantské Strojírny – TR s.r.o.” şirkəti, Çexiya-Moraviya Qadın Sahibkarlar Assosiasiyası ilə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası arasında əməkdaşlıq memorandumları, AZPROMO ilə Çexiyanın Sənaye Konfederasiyası, Sumqayıt Texnologiyalar Parkı ilə “Škoda Transportation” şirkəti, “BCC Group CJSC Azerbaijan” ilə “WITKOWITZ, A.S., RADIS D.O.O” arasında isə anlaşma memorandumları mübadilə olunub.

Trend İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu sənədlərin imzalanma mərasimi Azərbaycan-Çexiya biznes forumu çərçivəsində baş tutub.

Bildirilib ki, sənədlər sahibkarlığın inkişafına dəstək, biznes fəaliyyətinin genişləndirilməsi, sənaye, infrastruktur və nəqliyyat kimi sahələrdə işbirliyini təşviqini əhatə edir. Vurğulanıb ki, mübadilə olunan sənədlər Azərbaycan-Çexiya iqtisadi tərəfdaşlığının möhkəmləndirilməsinə və şaxələndirilməsinə töhfə verəcək.

Biznes forumda çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanla Çexiya arasında iqtisadi əlaqələrin qarşılıqlı etimad və ortaq prioritetlər əsasında inkişaf etdiyini vurğulayıb. Qeyd olunub ki, tərəfdaşlığın gücləndirilməsində Çexiya ilə İqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiya effektiv institusional mexanizm rolunu oynayır. Çexiya Azərbaycanın əsas ticarət və ixrac tərəfdaşlarındandır.

Azərbaycan Çexiyanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir. Bununla yanaşı, ticarətin şaxələndirilməsi iqtisadi tərəfdaşlığın əsas prioritetlərindəndir. Çexiya ilə sənaye, ticarət, investisiya, enerji, o cümlədən yaşıl enerji, nəqliyyat-logistika və digər istiqamətlər üzrə birgə fəaliyyətin geniş perspektivləri qeyd edilib. Ölkəmizin iqtisadi potensialı, əlverişli işgüzar mühiti, ticarət, istehsal və logistikanı dəstəkləyən investisiya platformaları, həmçinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sərmayədarlar üçün yaradılan imkanlar diqqətə çatdırılıb.

Çexiyanın Baş nazirinin birinci müavini, sənaye və ticarət naziri Karel Havliçek Azərbaycanla Çexiya arasında iqtisadi tərəfdaşlığın möhkəmləndirilməsi üçün geniş imkanların mövcud olduğunu vurğulayıb, keçirilən biznes forum və bu qəbildən olan tədbirlərin işbirliyinin inkişafında önəmini qeyd edib, birgə fəaliyyətin inkişafı istiqamətləri haqqında fikirlərini bölüşüb.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Azərbaycanın investisiya potensialı və iqtisadi imkanları barədə təqdimatla çıxış edib.

Çexiya Sənaye Konfederasiyasının prezidenti Yan Rafay isə biznes dairələri arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb, əməkdaşlıq mexanizmləri və yeni tərəfdaşlıq imkanları barədə danışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti