Könüllü sığorta bazarında zəmanət mexanizmi nəzərdən keçirilə bilər - AMB

İqtisadiyyat Materials 28 Aprel 2026 13:38 (UTC +04:00)
Könüllü sığorta bazarında zəmanət mexanizmi nəzərdən keçirilə bilər - AMB
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) "2024–2026-cı illər üzrə Maliyyə sektorunun inkişaf strategiyasının 2025-ci il üzrə icra vəziyyəti hesabatı"nda sığorta sektoru üzrə növbəti addımları müəyyənləşdirib.

Trend bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata əsasən, sərnişinlərin fərdi qəza sığortası məhsulunun yenidən dizaynı nəzərdə tutulur. Həmçinin sənəddə biznes proseslərinin idarə olunmasında risklərin idarə edilməsi mədəniyyətinin gücləndirilməsi, sığortaçılarlar qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi və rəqəmsallaşma sahəsində mövcud maneələrin aradan qaldırılması üçün aktiv əməkdaşlıq planlaşdırılır.

Eyni zamanda xüsusi tənzimləmə rejimi vasitəsilə “InsurTech” (sığorta texnologiyaları) həllərinin təşviqi də nəzərdə tutulur. Həmçinin növbəti hədəf kimi könüllü sığorta növlərini əhatə etmək üçün genişləndirilmiş zəmanət sxeminin nəzərdən keçirilməsi planlaşdırılır.

Mərkəzi Bank maliyyə istehlakçılarının müdafiəsi üzrə risk qiymətləndirmə çərçivəsinin hazırlanması, həmçinin risk əsaslı nəzarətə keçidlə bağlı daxili və xarici nəzarət mexanizmlərinin qurulması da prioritetlər sırasındadır.

Bundan başqa, AMB “Cup and cap” (Risk əsaslı sığorta haqqının müəyyən edilməsi) modellərinin tətbiqinin araşdırılmasını da hədəfləri siyahısına daxil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti