MİQ imtahanının vaxtı açıqlandı

Cəmiyyət Materials 28 Aprel 2026 12:19 (UTC +04:00)
MİQ imtahanının vaxtı açıqlandı
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabr ayına qədər məktəblərdə direktor vakansiyalarının sayının sıfıra endirilməsi planlaşdırılır.

Trend xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov media üçün keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, müəllim tələbatının qarşılanması məqsədilə MİQ (Müəllimlərin İşə Qəbulu) imtahanının iyul ayının əvvəlində keçirilməsi nəzərdə tutulur.
"MİQ üzrə təst imtahanlarının 1–8 iyul tarixləri arasında olunacaq. İmtahanda iştirak edən müəllimlərin bir qismi üçün ödəniş tətbiq ediləcək, lakin əhəmiyyətli bir hissə bu ödənişdən azad olunacaq. Həssas qrupdan olanlar, şəhid ailəsi üzvləri və ilk dəfə iştirak edənlər üçün imtahan ödənişsizdir", - o, bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti