Rusiyada 6 nəfər qar uçqununa düşüb

Dünya xəbərləri Materials 28 Aprel 2026 16:28 (UTC +04:00)
Rusiyada 6 nəfər qar uçqununa düşüb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Buryatiya Respublikasında altı nəfər qar uçqununa düşüb.

Trend bu barədə Rusiya mediasına istinadən xəbər verir.

İnsident İrokinda mədəninin ərazisində baş verib. İlkin məlumata görə, doqquz nəfər texnoloji yolu təmizləyən zaman onların üzərinə nəhəng qar qalaqları düşüb.

Qeyd olunur ki, onlardan üçü müstəqil şəkildə qar uçqunun altından çıxıb. Qalanlarının isə taleyi məlum deyil. Hazırda hadisə yerində xilasedicilər axtarış-xilasetmə tədbirləri həyata keçirir.

İstintaq Komitəsinin əməkdaşları əmək təhlükəsizlik qaydalarının pozulması ilə əlaqədar cinayət işi açıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti