Gürcüstanda 50-dən çox əcnəbi saxlanılıb

Dünya xəbərləri Materials 27 Aprel 2026 20:06 (UTC +04:00)
Gürcüstanda 50-dən çox əcnəbi saxlanılıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) miqrasiya departamentinin əməkdaşları son günlər ərzində respublika ərazisində qanunsuz yaşayan 55 əcnəbini saxlayıblar. Onların arasında Rusiya vətəndaşları da var.

Trend xarici mediaya istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin məlumatında deyilir.

Gürcüstan DİN-in məlumatında qeyd olunur ki, saxlanılan əcnəbilər Azərbaycan, Banqladeş, Belarus, İordaniya, Qırğızıstan, Fil Dişi Sahili, Pakistan, Rusiya, Türkmənistan, Türkiyə və Özbəkistan vətəndaşlarıdır.

Hüquq-mühafizə orqanları qanunsuz miqrantların yaşadıqları ünvanlarda axtarışlar aparıblar. Eyni zamanda onların işlədikləri yerlər də yoxlanılıb. Müəyyən edilib ki, miqrantlar ölkədə miqrasiya qanunvericiliyini pozaraq qalıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti