Bakı. Trend:
Yelo Bank komandası ölkəmizin ekoloji mühitini qorumaq və
yaşıllıq sahələrini genişləndirmək məqsədilə növbəti ağacəkmə
aksiyasında iştirak edib. Sözügedən ekoloji layihə Ekologiya və
Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Mərkəzi Bankı və
Azərbaycan Banklar Assosiasiyasının (ABA) birgə əməkdaşlığı,
həmçinin imzalanmış 10 illik strateji memorandum çərçivəsində
reallaşdırılır. Böyük maraqla qarşılanan bu təşəbbüsün əsas hədəfi
ölkə üzrə 1 000 000 ağac əkməklə ekoloji tarazlığın bərpasına nail
olmaqdır.
Aksiya zamanı Yelo Bank əməkdaşları Eldar şamı və zeytun ağacları
əkərək prosesdə birbaşa və həvəslə iştirak ediblər. Yelo Bank
özünün korporativ sosial məsuliyyət (KSM) strategiyasına sadiq
qalaraq, ekoloji davamlılığı və ətraf mühitə qayğını hər zaman
diqqət mərkəzində saxlayır. Bank təbiəti qorumağa yönəlmiş bu cür
layihələrdə iştirakını gələcəkdə də davam etdirməyi hədəfləyir.
Sərfəli şərtlərlə tecili
kredit əldə etmək istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin
və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!