Bakı. Trend:
İsrail Livanın cənubunda və şərqində, o cümlədən Biqa vadisində Hizbullah hərəkatına aid obyektlərə zərbələr endirməyə başlayıb.
Trend xəbər verir ki, bu haqda İsrail Müdafiə Qüvvələrinin (İDF) mətbuat xidməti məlumat yayıb.
“IDF Beka vadisindəki “Hizbullah” obyektlərinə, eləcə də Livanın cənubundakı bir sıra rayonlara silsilə zərbələr endirməyə başlayıb”, -deyə mətbuat xidmətinin məlumatında qeyd olunur.
İsrail ordusu son 3 həftə ərzində ilk dəfədir ki, Livanın Biqa vadisinə zərbələr endirir.
Livan (Hizbullah) – İsrail münaqişəsinin hazırkı mərhələsi 2 martdan etibarən yenidən alovlanıb və toqquşmalar 28 fevralda ABŞ-İsrailin İrana qarşı başladığı müharibədən sonra "Hizbullah"ın İsrailə raket hücumları ilə genişlənib.
Son məlumatlara görə, İsrailin genişmiqyaslı hava və quru əməliyyatları nəticəsində Livanda 2 mindən çox insan həlak olub, 1 milyondan çox insan köçkün düşüb. İsrail isə minlərlə "Hizbullah" döyüşçüsünün zərərsizləşdirildiyini bildirir. "Hizbullah" isə İsrailə minlərlə raket və PUA hücumu həyata keçirib.
