Yaponiyada 6 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 27 Aprel 2026 02:18 (UTC +04:00)
Yaponiyada 6 bal gücündə zəlzələ baş verib

Bakı. Trend:

Yaponiyanın şimalındakı Hokkaydo prefekturasında 6 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər verib.

Məlumata əsasən, zəlzələnin episentri Obihiro şəhərindən 30 km cənub-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 79 km dərinlikdə olub.

Xəsarət alanlar və ya dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti