Bakı.Trend:
Azərbaycanın şəhərsalma strategiyası beynəlxalq maraq doğurur.
Trend xəbər verir ki, bunu Azərbaycanın Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli WUF13 çərçivəsində ADA Universitetində təşkil olunmuş media nümayəndələri üçün məlumatlandırma sessiyası zamanı bildirib.
O qeyd edib ki, Azərbaycanın şəhərsalma sahəsindəki mövqeyi və həyata keçirilən layihələr beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır.
N.Məmmədlinin sözlərinə görə, Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri xüsusi diqqətəlayiqdir.
O vurğulayıb ki, şəhərlər artıq müasir, dayanıqlı və innovativ şəhərsalma prinsipləri əsasında faktiki olaraq yenidən qurulur.
N.Məmmədli bildirib ki, bu təcrübə Azərbaycanın dünyaya təqdim edə biləcəyi mühüm və nümunəvi bir keysdir.
“WUF13 bu hekayəni geniş beynəlxalq auditoriyaya çatdırmaq üçün effektiv platforma olacaq”, – deyə o qeyd edib.
