Malidə terrorçuların məhv edilməsi əməliyyatı davam edir

Dünya xəbərləri Materials 27 Aprel 2026 01:10 (UTC +04:00)

Bakı. Trend:

Mali hökumət qüvvələri aprelin 25-də bir neçə bölgədə ordu mövqelərinə hücum edən radikal qrupların silahlılarını axtarmağa və məhv etməyə davam edir.

Trend-in məlumatına görə, bu Mali Silahlı Qüvvələrinin Baş Qərargahı xəbər verib.

"25 aprel hücumlarından sonra Kidal, Kati və ölkənin digər yerlərində terrorçu qrupların axtarışı əməliyyatları davam edir. Müdafiə strukturlarını sarsıtmaq və qorxutmaq məqsədi daşıyan hücumlar cavabsız qalmayacaq", - deyə bildirilib.

Baş Qərargah qeyd edib ki, ölkə daxilində qoşunların döyüş hazırlığı səviyyəsi artırılıb, komendant saatı tətbiq edilib, patrul xidməti gücləndirilib və nəzarət-buraxılış məntəqələri möhkəmləndirilib.

Xəbər lenti

Xəbər lenti