ABŞ İranla əlaqəli 344 milyon dollar dəyərində kriptovalyutanı dondurub

Dünya xəbərləri Materials 24 Aprel 2026 23:40 (UTC +04:00)
ABŞ İranla əlaqəli 344 milyon dollar dəyərində kriptovalyutanı dondurub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amerika Birləşmiş Ştatları İranla əlaqəli 344 milyon dollar dəyərində kriptovalyuta cüzdanlarını dondurur və Tehranın “pul vəsaitlərini yaratmaq, köçürmək və geri qaytarmaq” imkanından məhrum edilməsi üçün tədbirləri davam etdirəcək.

Trend xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib.

Bessentin sözlərinə görə, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi İranla əlaqəli çoxsaylı elektron cüzdanlara qarşı sanksiyalar tətbiq edir ki, bu da 344 milyon dollar dəyərində kriptovalyutanın dondurulmasına gətirib çıxarıb.

“Biz Tehranın ölkədən kənara çıxarmağa çalışdığı bütün vəsaitləri izləyəcəyik, həmçinin rejimlə əlaqəli bütün maliyyə dəstək kanallarını hədəfə alacağıq”, - deyə nazir əlavə edib.

Xəbər lenti

Xəbər lenti