Türkiyədə korrupsiyaya qarşı əməliyyat: keçmiş bələdiyyə sədri və 47 nəfər tutulub

Dünya xəbərləri Materials 24 Aprel 2026 14:14 (UTC +04:00)
Türkiyədə korrupsiyaya qarşı əməliyyat: keçmiş bələdiyyə sədri və 47 nəfər tutulub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Şanlıurfa Vilayətinin Polis İdarəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə yerli prokurorluğun göstərişi əsasında səhər saatlarında Halfeti rayon bələdiyyəsi ilə bağlı əməliyyat keçirib.

Trend bu barədə Türkiyə mediasına istinadla xəbər verir.

Məlumata görə, 2019- 2024-cü ilə qədər davam edən idarəetmə dövründə keçirilən tenderlərdə korrupsiya hallarına yol verilməsi ilə bağlı istintaq çərçivəsində keçirilən əməliyyatda 47 nəfər saxlanılıb.

Saxlanılanlar arasında həmin dövrün bələdiyyə sədri olmuş Şərəf Albayrak, bələdiyyə sədr müavinləri, sədr köməkçisi, icra heyətinin üzvləri, şöbə müdirləri, mühəndislər və texniki heyətin də olduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti