Bakıda məktəbdə sanitar qovşaqda şagird özünə xəsarət yetirib – araşdırma başlanıb

Hadisə Materials 24 Aprel 2026 12:59 (UTC +04:00)
Bakıda məktəbdə sanitar qovşaqda şagird özünə xəsarət yetirib – araşdırma başlanıb
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

145 nömrəli tam orta məktəb 7-ci sinif şagirdinin məktəbdə özünə xəsarət yetirməsi ilə bağlı açıqlama yayıb.

Məktəbdən Trend-ə verilən açıqlamada bildirilir ki, aprelin 23-də 145 nömrəli tam orta məktəbin VII sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) sanitar qovşaqda özünə xəsarət yetirib.

Sinif yoldaşları bununla bağlı müəllimə və məktəb rəhbərliyinə məlumat verib.

Şagirdə dərhal ilkin tibbi yardım göstərilib, təcili tibbi yardım xidmətinə və valideynə məlumat verilib. Hazırda şagirdin vəziyyəti qənaətbəxşdir.

Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb. Həmçinin məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılıb.

Elm və Təhsil Nazirliyinin Uşaq Müdafiəsi İdarəsinin nümayəndələri və məktəb psixoloqu tərəfindən zəruri dəstəkləyici tədbirlər həyata keçirilib.

Qeyd edək ki, sosial şəbəkələrdə Bakıda 145 nömrəli tam orta məktəb 7-ci sinif şagirdinin məktəbdə özünə xəsarət yetirməsi ilə bağlı xəbərlər yayılmışdı. İddialara görə, qızın özünə xəsarət yetirməsinin səbəbi anası ilə problemləri olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti