İsrail qoşunları Livandan tam çıxarılmayınca heç bir saziş imzalanmayacaq - Livanın Baş naziri

Dünya xəbərləri Materials 23 Aprel 2026 16:56 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail qoşunları Livan ərazisindən tam çıxarılmadan rəsmi Beyrut İsraillə heç bir saziş imzalaya bilməz.

Trend xəbər verir ki, bunu Livanın Baş naziri Nəvaf Salam bildirib.

“Biz “bufer zona” adı altında İsrailin mövcud olduğu, məcburi köçkün olan livanlıların geri qayıtmasına icazə verilmədiyi, dağıdılmış kənd və şəhərlərin yenidən qurulmasının mümkün olmadığı şəraitdə yaşaya bilmərik”, – deyə o, Parisdə “Washington Post” qəzetinə müsahibəsində bildirib.

İsrailin və Qərbin əsas tələblərindən biri olan “Hizbullah”ın silahsızlaşdırılması məsələsinə toxunan Salam bunun birdəfəlik deyil, mərhələli bir proses olduğunu qeyd edib.

Livan (Hizbullah) – İsrail münaqişəsinin hazırkı mərhələsi 2 martdan etibarən yenidən alovlanıb və toqquşmalar 28 fevralda ABŞ-İsrailin İrana qarşı başladığı müharibədən sonra "Hizbullah"ın İsrailə raket hücumları ilə genişlənib.

Son məlumatlara görə, İsrailin genişmiqyaslı hava və quru əməliyyatları nəticəsində Livanda 2 mindən çox insan həlak olub, 1 milyondan çox insan köçkün düşüb. İsrail isə minlərlə "Hizbullah" döyüşçüsünün zərərsizləşdirildiyini bildirir. "Hizbullah" isə İsrailə minlərlə raket və PUA hücumu həyata keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti