Bakı. Trend:
Fransa Yunanıstanla mübadilə proqramı çərçivəsində Ukraynaya əlavə “Dassault Mirage 2000” qırıcılarının verilməsi imkanını dəyərləndirir.
Trend xəbər verir ki, razılaşma ehtiyat hissələri ilə birlikdə 24 ədəd “Mirage 2000-5” və istismardan çıxarılmış 19 “Mirage 2000 EGM/BGM” olmaqla ümumilikdə 43 təyyarənin təhvil verilməsini əhatə edir.
Bunun qarşılığında Fransa Yunanıstana eyni sayda “Rafale” qırıcılarını daha münasib qiymətlə təklif edir.
Gözlənilir ki, tərəflər arasında keçiriləcək danışıqlarda müqavilənin detalları və təyyarələrin dəqiq qiyməti müəyyənləşdiriləcək.