Bakı. Trend:
Bankın qeydiyyat zamanı biometrik identifikasiya — yəni üztanıma texnologiyası SİMA İMZA ilə inteqrasiya edilir.
Trend xəbər verir ki, bunu "Kapital Bank"ın İdarə Heyətinin üzvü, Baş Risk inzibatçısı Ağarza Baxşiyev bu gün təmsil etdiyi bankın 2025-ci ilin yekunları və 2026-cı ilin fəaliyyət planlarına dair keçirilən mətbuat konfransında deyib.
“Artıq bu həll məhdud istifadəçi qrupu üçün aktivdir. Yaxın zamanda bu funksionallıq daha geniş istifadəçi bazasına təqdim olunacaq. Bununla da müştərilərimiz ilk qeydiyyat zamanı şəxsiyyətlərini SİMA vasitəsilə təsdiqləyərək rəqəmsal imza yarada biləcəklər. Növbəti mərhələdə isə SİMA imzanın istifadəsi genişləndirilərək, xüsusilə kredit müraciətləri kimi vacib məhsul və xidmətlərdə tətbiq olunacaq", - o vurğulayıb.
