“Kapital Bank” 11,6 milyard manat aktivlə ölkənin ən böyük banklarındandır - Cavid Mirzəyev

İqtisadiyyat Materials 22 Aprel 2026 10:52 (UTC +04:00)
“Kapital Bank” 11,6 milyard manat aktivlə ölkənin ən böyük banklarındandır - Cavid Mirzəyev
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin sonuna audit olunmuş maliyyə hesabatlarına əsasən, Kapital Bank 11 milyard 573 milyon 501 min manat dəyərindəki cəmi aktivləri ilə ölkədə ən böyük banklardan biri olaraq qalır.

Trend xəbər verir ki, bunu "Kapital Bank"ın İdarə Heyəti sədrinin birinci müavini Cavid Mirzəyev bu gün təmsil etdiyi bankın 2025-ci ilin yekunları və 2026-cı ilin fəaliyyət planlarına dair keçirilən mətbuat konfransında deyib.

"Aktivləri fərqli istiqamətlərdə inkişaf etdirmək üçün qəbul etdiyimiz strateji qərarlar nəticəsində, müştərilərimizə təklif olunan xidmətlərin balansını ideal səviyyədə saxlamağa müvəffəq olmuşuq. İnkişaf dinamikasını kapitalda da görmək mümkündür; belə ki, 2025-ci il sonu etibarilə cəmi kapitalımızın həcmi ötən illə müqayisədə artaraq 1 milyard 332 milyon 504 min manata çatıb. Aktivlərimizin strukturuna daha detallı nəzər salsaq, ən böyük payın ənənəvi olaraq kredit portfelinə məxsus olduğunu görərik. Ötən illə müqayisədə kredit portfelimizdə 2.08% artım qeydə alınıb və ilin sonuna ümumi məbləğ 5 milyard 96 milyon 511 min manat olaraq Bank aktivlərinin 44%-ni təşkil edib. Bu böyümənin arxasında duran əsas səbəblər həm müştəri bazamızın, xüsusən pərakəndə və mikro seqmentdə davamlı artımı, həm də ölkə iqtisadiyyatındakı ümumi inkişaf meylləridir", - o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti