...

Azərbaycan alüminium ixracını artırıb

İqtisadiyyat Materials 22 Aprel 2026 05:20 (UTC +04:00)
Azərbaycan alüminium ixracını artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycandan 63,8 milyon ABŞ dolları dəyərində 19,4 min ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edilib.

Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, alüminium və ondan hazırlanan məmulatların ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 10,8 milyon ABŞ dolları və ya 20,4%, həcm baxımından isə 1 363 ton və yaxud 7,5% artıb.

Hesabat dövründə alüminium və ondan hazırlanan məmulatların ümumi ixracda xüsusi çəkisi 1,18%, qeyri-neft sektoru üzrə xüsusi çəkisi isə 7,40% təşkil edib.

Eyni zamanda 2026-cı ilin yanvar-mart aylarında Azərbaycana 34,6 milyon ABŞ dolları dəyərində alüminium və ondan hazırlanan məmulatlar idxal edilib. Bu, ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 13,4 milyon ABŞ dolları və ya 27,9% azalma deməkdir.

Hesabat dövründə alüminium və ondan hazırlanan məmulatların ümumi idxalda xüsusi çəkisi 0,86%-ə bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti