Bakı. Trend:
İngiltərənin "Çelsi" klubunun heyətində ciddi itki baş verib.
Trend xarici mediaya istinadən xəbər verir ki, Estevao sıradan çıxıb.
Braziliyalı vinger Premyer Liqanın 32-ci turunun "Mançester Yunayted"lə matçında (0:1) ayaq əzələsindən zədələnib.
Estevaonun zədəsi ciddidir. 18 yaşlı futbolçu mövsümün qalan hissəsində iştirak edə bilməyəcək. Gənc oyunçunun iyun ayında başlayacaq dünya çempionatına kimi hazır olacağı ehtimal olunur.
Qeyd edək ki, "Çelsi" Estevaonu mövsümün əvvəlində "Paymeyras"dan 45 milyon avroya transfer edib. Braziliya millisinin üzvü London təmsilçisinin heyətində meydana çıxdığı 36 rəsmi matçda 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
