Bakı. Trend:
İran nümayəndələri aprelin 22-də İslamabadda keçirilməsi planlaşdırılan ABŞ ilə danışıqlarda iştirak etməyəcəklər.
Trend-in məlumatına görə, bu barədə İran mediası xəbər verib.
Məlumata əsasən, Tehran danışıqlarda iştirak etməkdən imtina etməsi barədə Pakistandakı vasitəçilərlə Amerika tərəfinə çatdırıb. Bildirilib ki, bu qərar qətidir.
İran hesab edir ki, danışıqlarda iştirak mənasızdır və vaxt itkisidir, çünki onların fikrincə, ABŞ istənilən ağlabatan razılaşmanın əldə edilməsinə mane olur.
