...

Türkiyədə güclü daşqınlar: evlər və avtomobillər su altında qalıb (VİDEO)

Dünya xəbərləri Materials 21 Aprel 2026 10:44 (UTC +04:00)
Türkiyədə güclü daşqınlar: evlər və avtomobillər su altında qalıb (VİDEO)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Türkiyənin Hakkari və Diyarbəkir vilayətlərində ardıcıl 3 gün davam edən leysan yağışlar və dağlardakı qarların əriməsi bəzi çayların məcrasından çıxmasına, sel və daşqınlara səbəb olub.

Bu barədə Trend Türkiyə mediasına istinadən xəbər verir.

Məlumata görə, Hakkarinin Köprücük adlı kəndinə 22-ə yaxın yaşayış evi daşqın sularına qərq olub. Bəzi çökək yerlərdə avtomobillər də su altında qalıb.

Fəlakət zonasına səfərbər olunan xilasedicilər, selin qarşısını almaq və digər ərazilərə yayılmaması üçün bəndsalma işləri aparıb.

Yerli fövqəladə hallar xidmətləri təbii fəlakətlə əlaqədar gücləndirilmiş iş rejiminə keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti